• Vəfat edən muzey direktoru öldürülübmü?
Vəfat edən muzey direktoru öldürülübmü? - Qohumlarından iddia

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun dünən gecə saatlarında iş yerindəki otağında meyiti aşkar edilib. İlkin məlumatda muzey direktorunun ürəktutmasından vəfat etdiyi bildirilib. Lakin onun qohumları mərhumun ölümündə şübhəli məqamlar olduğunu iddia edirlər.

"Posta.az" xəbər verir ki, Qaynarinfo-ya Ağayar Nəsirovun yaxınları tərəfindən verilən məlumata görə, onun səhhətində heç bir problem olmayıb. Onlar bu ölümün əcəl ilə bağlı olmadığı qənaətindədirlər.

Hazırda mərhumun meyiti tibbi ekspertiza tərəfindən yoxlanışdadır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

13 May 10:39 \\ Hadisə