• Azərbaycanda bu hakimlərin səlahiyyət müddəti başa çatıb
Azərbaycanda bu hakimlərin səlahiyyət müddəti başa çatıb - SİYAHI

Azərbaycanda bəzi hakimlərin səlahiyyət müddəti başa çatıb.

"Posta.az" xəbər verir ki, bu siyahıda Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin hakimləri - Əli Rüstəmov, Gülzar Rzayeva, Bakı Apellyasiya Məhkəməsinin hakimləri - Etibar Nəbiyev, Səriyyə Seyidova, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Ramella Allahverdiyeva, Əliövsət Abasov və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasovun adları var.

Qeyd edək ki, hakimlərin səlahiyyət müddəti 5 ildir.

13 May 11:11 \\ Sosial